İdman

Məşhur futbolçu karyerasını bitirdi

Uruqvay milli komandasının sabiq futbolçusu Dieqo Forlan karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, bunu veteran hücumçu “Telemundo de Canal”a müsahibəsində açıqlayıb. Son iş yeri Honkonqun “Kitçi” klubu olan Forlan 40 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Forlan son olaraq Hon-Konqun “Kitçe” klubunda çıxış edib. O, əvvəllər Argentinanın “İndependiente”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, “Atletiko”, İtaliyanın “İnter”, Braziliyanın “İnternasional”, Yaponiyanın “Çerezo Osaka”, Uruqvayın “Penarol” və Hindistanın “Mumbai Siyti” klublarında oynayıb. 2002-2014-cü illərdə forma geyindiyi milli komandada keçirdiyi 112 oyunda 36 qol vurub.

Bənzər yazılar

Back to top button