Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)

Print Friendly, PDF & Email

Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif “Azərbaycan dili” dərsliyində də mövcuddur.

AzToday.az unikal.org-a istinadən xəbər verir ki, 4-ci sinif “Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.

Belə ki, dərslikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.

Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.