Ermənilər “Qarabağ”ın Polşadakı oyunundan əvvəl təxribat hazırlayıbmış

by Aztoday Xəbər Portalı

Polşanın paytaxtı Varşavada azərbaycanlılara qarşı təxribat törətməyə cəhd edən ermənilər yerli təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, üç gün əvvəl Polşanın “Wojska Polskiego” stadionu yaxınlığında 25 yaşlı Ermənistan vətəndaşı Damir Sarkisyan və 30 yaşlı Rusiya vətəndaşı Saak Qriqoryan saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları onların stadionda baş tutacaq futbol matçı zamanı azərbaycanlılara qarşı təxribat planlarını aşkarlayıb.

Saxlanılan ermənilər Polşadan deportasiya olunub.

Xatırladaq ki, Azərbaycanın “Qarabağ” klubu ötən gecə adıçəkilən stadionda UEFA Avropa Liqasında pley-off mərhələsində Polşanın “Legiya” klubu ilə qarşılaşıb. Oyunda 3:0 hesabı ilə qalib gələn Ağdam komandası UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Bənzər Yazılar