Dünya

Ən gənc baş nazir

Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastian Kurz ölkənin ən gənc baş naziri statusunu qazana bilər.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, anket nəticələrinə görə Kurzun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası 31,6% səslə seçkilərdə 1-ci yeri tutub. Koalisiya qurulacağı təqdirdə 31 yaşlı nazir ölkənin ən gənc naziri statusunu qazanacaq. Sosial Demokrat Partiyası isə 26,9% səslə 2-ci yerdə qərarlaşıb və koalisiya iştirakçısı olacağı ehtimal edilir.

Parlamentdə iştirak hüququ qazanan digər partiyalar isə Avstriya Azadlıq Partiyası, Yeni Avstriya Partiyası, Liste Peter Pilz partiyasıdır. Rəsmi nəticələr isə 19 oktyabrda açıqlanacaq.

Seçicilərin 79%-nin iştirak etdiyi seçkilərdən sonra koalisiya məsələsi hələ də qeyri-müəyyəndir. Lider iki partiya fərqli siyasi mövqelərə sahibdir. Buna görə də, koalisiya hökümətində digər partiyaların iştirakı istisna edilmir.

Bənzər yazılar

Back to top button