Bizim seçimSiyasət

Samir İbadovun təşviqat kampaniyası davam edir (FOTO)

Azərbaycanda fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkilərinə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Samir İbadovun təşviqat kampaniyası davam edir.

Samir İbadov bu gün seçki qərargahının üzvləri ilə birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən yarıçmıq binada və bina 7 A-da məskunlaşan Zəngilan və Qubadlı sakinləri ilə görüş keçirilib.

Səmimi atmosferdə keçən görüşdə 30 ilə yaxındır ki, doğma yurd-yuvalarında didərgin düşmüş Zəngilan, Qubadlı sakinləri Samir İbadova yaşadıqları problem və qayğılardan danışıblar.

Qeyd edilən ünvanlarda sakinləri dinləyən Samir İbadov seçki platformasında məcburi köçkünlərin məişət səviyyələrinin, sosial-rifah hallarının yaxşılaşmasını nəzərdə tutan müddəaların olduğunu bildirib.

Samir İbadov görüşdə Zəngilan və Qubadlı sakinlərinə 9 fevral tarixində parlament seçkilərinə qatılaraq layiqli hesab etdikləri namizədə səs vermələrinin vacib olduğunu deyib.

Samir İbadovun tərcümeyi-halı və fəaliyyəti barədə məlumat alan sakinlər seçki günü onu dəstəkləyəcəklərini bildiriblər.

 

 

 

Bənzər yazılar

Back to top button