Bu rayon və şəhərlər üzrə pensiyalar ödənildi

by Aztoday Xəbər Portalı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə pensiya vəsaitləri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların (316,4 min nəfər) hesablarına köçürülüb.

Bunu AzToday.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, vətəndaşlar pensiyalarını “Beynəlxalq Bank”dan və “Kapital Bank”dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə oktyabrın 15-də ödənilməsi nəzərdə tutulub.

Bənzər Yazılar