İdman

Dünya çempionatının toplarını hazırlayan Pakistandan Azərbaycana maraqlı təklif

Pakistan və Azərbaycan ticarətin genişləndirilməsi üçün böyük potensiala malikdir.

Bunu özəl olaraq Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, hazırda Pakistan şirkətləri Azərbaycana əsasən düyü, tekstil, kənd təsərrüfatı məhsulları, o cümlədən kartof, sitrus meyvələri və pomidor ixrac edir: “Hesab edirəm ki, Azərbaycana tekstil məmulatlarının ixracını artırmaq üçün böyük potensialımız var. Tekstil sahəsi Pakistanda ən iri sənaye sahəsidir. Bu sahənin ixracat həcmi 19 milyard dollara çatır. Azərbaycan bu imkandan yararlana bilər”.

Səfir qeyd edib ki, Pakistan həmçinin idman mallarının istehsalı üzrə dünya liderlərindən biridir. O xatırladıb ki, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün toplar Pakistanda hazırlanmışdı.

S.X.Mohmand əlavə edib ki, ölkəsi Azərbaycana cərrahiyyə alətləri və idman mallarını da ixrac edə bilər: “Pakistan həmçinin Azərbaycana müxtəliv maşınlar üçün ehtiyat hissələrinin tədarükünü də həyata keçirə bilər”.

Bənzər yazılar

Back to top button