AnalitikaDünya

Bərzani “Co Baydeninin layihəsi”ni yada salır –Türkiyəyə səfərin məqsədi – Təhlil

Ramin Hüseyn Abadian

“Mehr News”

İraq Kürdüstanının rəhbəri Məsud Bərzani Türkiyə rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər etdi. Türkiyəyə gəldikdən sonra o, prezident Ərdoğanla görüşdü.

Maraqlı məqam “Atatürk” hava limanında Türkiyə rəsmilərinin onu görünməmiş ehtişamla qarşılamaları idi. Bərzanini şərəfinə İstanbuldakı hava limanında Türkiyə və İraqın Kürdüstan Bölgəsinə aid bayraqlar yanaşı dalğalanırdı.

İndi “Bashika”da türk hərbi qüvvələrinin qanunsuz yerləşdirilməsindən irəli gələn mübahisələr Türkiyə hökumətini İraq Kürdüstan Bölgəsi ilə daha sıx əlaqələr qurmağa vadar edir. Deyəsən, rəsmi Ankara qanunsuz tələbləri ilə Bağdad hökumətinə təzyiq göstərmək üçün İraq Kürdüstan ilə münasibətləri daha da möhkəmləndirmək niyyətindədir. Həm də Mosulun qərbində əməliyyatların başlamısından sonra bu istək güclənib.

Bundan əlavə, belə görünür ki, hazırda türk qüvvələri regiondan çıxmaq fikrində də deyil. Rəsmi Bağdad diplomatik kanallarla türk əsgərlərinin “Başika”dan çıxmasını təkidlə tələb edib. Lakin Türkiyə hökuməti İraqın suverenliyinin pozmadıqlarını əsas gətirərək qoşunlarının hərbi düşərgəni tərk etməsini yubadır.

Türkiyə və Kürdüstan arasında əlaqələrin gücləndirilməsi Ankaraya iqtisadi sahədə də mənfəət qazandırır. Bağdaddakı mərkəzi hökumət tərəfindən müəyyən edilən qaydalarının əksinə, Ərbil və Ankara xüsusilə neft sahəsində əməkdaşlığı gücləndirir.

Rəcəb Tayyib Ərdoğan İraqın Sincar şəhərində PKK-nın varlığından narahatdır. Şübhəsiz, Məsud Bərzaninin Ankaraya səfəri zamanı Türkiyə rəsmiləri ilə əsas müzakirə mövzularından biri də PKK olub.

Münasibətlər hər bir tərəf öz maraqlarına nail olmağa çalışır. İkitərəfli münasibətlərin gücləndirilməsi şübhəsiz ki, Ərbil və Bağdad arasındakı fikir ayrılıqlarını gücləndirəcək. İraq hökumətindən daha çox maliyyə resursu tələb edən Kürdüstan Muxtariyyəti Türkiyə ilə iqtisadi əməkdaşlıq sayəsndə onu əldə edəcək.

İraq Kürdüstanı rəsmiləri dəfələrlə bəyan ediblər ki, İraqın şimalındakı PKK ilə mübarizədə Türkiyə hökuməti ilə əməkdaşlıq edirlər. Bərzaninin Türkiyəyə səfərinin əsas səbəblərindən biri də budur. Lakin daha mühüm olan nəzəriyyəçisi sabiq vitse-prezident Co Bayden olan Kürdüstanın İraq mərkəzi hökumətindən ayrılıb müstəqil olmasıdır.

Tərcümə: Strateq.az

Bənzər yazılar

Back to top button