GündəmSiyasət

Azərbaycan-Ermənistan: “irəliləyiş” əldə olunub, amma qarşıda hələ ağır iş var”, Blinken bildirib

Cümə axşamı ABŞ-ın yüksək vəzifəli diplomatı bildirib ki, Azərbaycan və Ermənistan ağır işə baxmayaraq, sülh sazişi yolunda “irəliləyiş” əldə ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Siz razılaşmaya nə qədər yaxınlaşırsınız, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sonraya qalır”, – dövlət katibi Entoni Bkinken ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçgünlük danışıqların sonunda bildirib.

Dövlət Departamenti danışıqları mətbuat katibi Metyu Millerin gündəlik brifinq zamanı Turan-ın suallarını cavablandırarkən dediyi kimi “konstruktiv” hesab edib. Cümə axşamı Blinken nazirlərlə yenidən görüşüb, həm ayrılıqda, həm də hər ikisilə birlikdə.

Blinkenin sözlərinə görə, danışıqlar “səmimiyyət, açıqlıq və düzlük”lə aparılıb, çünki hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib. O, Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edir.

“Mən [sülh] sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanması, eləcə də qalan məsələlər üzrə [tərəflərin] mövqelərinin anlaşılmasının dərinləşdirilməsilə bağlı bu ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Və onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”, – o deyib.

Bağlanış mərasimində nə Bayramov, nə də Mirzoyan çıxış etməyib. Bu həftəki danışıqlar ABŞ-ın iki ay ərzində iki tərəf arasında apardığı danışıqların ikinci raundu olub. Oxşar danışıqlarə Avropa İttifaqı da təşkil edib.

“Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -Blinken deyib.

Bənzər yazılar

Back to top button