İdman

Kriştianu Ronaldu koronavirusa yoluxdu

“Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Fanat.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda “Krotone” ilə matçı (17 oktyabr) və UEFA Çempionlar Liqasının ilk turunda Ukrayna “Dinamo”su (Kiyev) ilə görüşdə də iştirak etməyəcək.

Bənzər yazılar

Back to top button