İqtisadiyyat

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!

“Nar” koronavirus (COVID-19) pandemiyası iləəlaqədar olaraq abunəçilərini, təhlükəsizliklərini təmin etmək məqsədilə “Nar+” tətbiqindən yararlanmağa çağırır. Bu tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. Belə ki, “Nar+” tətbiqi ilə abunəçilər bir neçə saniyəərzində özlərinəən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Tətbiqlə abunəçilər balanslarının sərfiyyatı haqqında izahlı qaiməni dəəldə edə bilərlər. Qeyd edək ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləmək mümkündür.

“Nar+” mobil tətbiqi ilə yanaşı abunəçilər mobil operatorun rəsmi sosial media səhifələrindən(“Facebook”, “İnstagram” və“Twitter”) vəgücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, “Nar”, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bundan başqa, bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub.

“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

Bənzər yazılar

Back to top button