Siyasət

Ermənistan XİN başçısının Azərbaycanla danışıqların gedişatı haqqında şərhi

Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yekun variantını işləyib hazırlamağın mümkün olacağından əmin deyil. Bu barədə o, dekabrın 7-də ölkə parlamentində çıxışında bildirib.

“Sülhün bərqərar edilməsi və ya münasibətlərin nizamlanması fəal mərhələdədir və davam edir. Yeni redaksiyadakı sənəd dövriyyədədir. Biz hazırda Azərbaycan tərəfin növbəti təkliflərini aldıq, öz növbəti təkliflərimizi təqdim edəcəyik. Təəssüf ki, tərəflərin bir çox məsələlərlə bağlı yanaşlamaları hələ bir-birindən çox uzaqdır, amma danışıqlar da təmas nöqtələri tapmaq üçün aparılır”, deyə Mirzoyan bildirib.

Hazırda ilin sonuna qədər xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılmayıb. “Amma təxmin edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq”, deyə o əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button