İdman

“Arsenal” Mbappeni almalıdır” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubunun bu yay PSJ-ni tərk edəcək Kilian Mbappeni almalı olduğunu bildirib.

Fanat.az xəbər verir ki, RTE ispan mütəxəssisin dediklərini belə çatdırıb.

“Arsenal” Mbappeni almalıdırmı? Əlbəttə! Niyə də yox? Ən yaxşı komanda olmaq istəyiriksə, mütləq ən yaxşı istedada və ən yaxşı oyunçulara ehtiyacımız olacaq. Bazarda keyfiyyətli oyunçu olduqda, biz həmişə dialoqda olmalıyıq. Lakin belə görünür, Mbappe gələcəyini fərqli qurmağı düşünür”.

Qeyd edək ki, 24 oyuna 52 xal toplayan “Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Bənzər yazılar

Back to top button