Gündəm

Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi (VİDEO)

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki tipli raketin görüntüləri yayılıb.

AzToday.az xəbər verir ki, oxu.az-ın cəhbə xəttinə ezam olunmuş müxbirinin məlumatına görə, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər.

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur.

Ətrafdakı yaşayış məntəqələrinin təhlükəsizliyi baxımından videonu panoram şəkilində təqdim etmirik.

Bənzər yazılar

Back to top button