Siyasət

Türk general: “Azərbaycan Ordusu 8 min erməni əsgərini məhv edib”

“Ermənistanın hava hücumundan müdafiə sisteminin iflic olub”.

AzToday.az xəbər verir ki, bunu “A Haber” kanalının canlı yayımında Türkiyənin aviasiya generalı Ərdoğan Karakuş deyob.

General bildirib ki, ermənilər PUA-ları belə vura bilmir: “Quruda irəliləməkdə çətinliklər var, amma buna baxmayaraq Ermənistanın hava hücumundan müdafiə sistemini PUA-larla, kamikadze dronlarla iflic edilib. Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər”.

Ərdoğan Karakuş bildirib ki, Ermənistan ordusu 8 min itki verib: “Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz. Ermənistanın çox sayda əsgəri məhv edilib. 8 min əsgərin öldürüldüyü deyilir”.

Bənzər yazılar

Back to top button