Dünya

ABŞ öz təyyarələrinin Simferopol bölgəsində uçmasına icazə verdi

ABŞ hökuməti hava yolu şirkətlərinin uçuş məlumat bölgəsi olan Simferopol bölgəsindəki uçuşlarına qoyulan qadağanı ləğv edib.

Qaynarinfo xəbər verir ki, ABŞ Federal Reyestrinin saytında bildirildiyi kimi, bu qərar Mülki Aviasiya Administrasiyası (FAA) tərəfindən qəbul edilib.

Simferopolun müəyyən ərazilərində uçuş əməliyyatlarına qoyulan qadağa 27 oktyabrda başa çatır. Yasağın silinməsinin səbəbi “hava məkanında şərtlərin dəyişməsi və ABŞ mülki aviasiyası üçün təhlükə səviyyəsinin azalması” göstərilib. Eyni zamanda FAA “qadağanın ləğvinin Krımın Rusiya Federasiyasının bir hissəsi kimi tanınması demək olmadığını” vurğulayıb.

Bundan əlavə, ABŞ Donbasdakı qarşıdurma səbəbiylə “aviasiya üçün potensial təhlükə”nin davam etməsi səbəbindən havayollarının Dnepropetrovsk hava zonasında uçuşlarına qoyulan qadağanı 2021-ci il oktyabrın 27-dək uzadıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button