Tətil müddətində müəllimlər məktəbə gedəcək? (ŞƏRH)

by Aztoday Xəbər Portalı

“Oktyabrın 19-dan noyabrın 2-nə olan müddət ərzində ümumiyyətlə, heç kim məktəbə getməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu müddətdə istər yaşı 60, istərsə də 25 olan bütün tədris işçiləri üçün bu tətil hesab edilir:

“Bu gün ölkəinin 4447 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Onların 37%-i 60 və daha çox yaş həddi arasında olanlardır. Bu tətildir. Düzdür, müəyyən qədər məktəblərdə işin aparılması üçün cəlbolunma ola bilər. Amma, ümumilikdə isə bu tətildir”.

Kamran Əsədov qeyd edib ki, bu vəziyyətdə müəllimlərin məktəbə getməsinə ehtiyac yoxdur:

“Hətta bu qərar bağçalara da aiddir. Tətil təkcə şagird üçün elan edilmir. Çox təəssüf ki, bir neçə ildir tətil müddətində məktəb direktorları müəllimləri məktəbə dəvət edirlər. Tətil isə həm təhsil alan, həm də təhsil verən üçündür”.

Bənzər Yazılar