Dünya

ABŞ hərbi münaqişə zonalarında cinsi zorakılığın qarşısını almaq üçün səyləri artırır

Bayden Administrasiyası ABŞ-ın Ukraynada və digər ölkələrdə getdikcə daha çox sənədləşdirilən hərbi münaqişə zonalarında cinsi zorakılığın qarşısının alınmasına yönəlmiş siyasətini gücləndirir. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

Bayden bazar ertəsi müharibə silahı qismində cinsi zorakılıqdan istifadəyə qarşı mübarizəyə yönəlmiş memorandum imzalayıb.

“Birləşmiş Ştatlar cinsi zorakılığı silahlı münaqişədə qaçılmaz hal kimi qəbul etmir və hüquqi, siyasi, diplomatik və maliyyə alətləri də daxil olmaqla, bu zorakığının qarşısını almaq üçün bütün mövcud alətlərdən istifadə edərək, buna məruz qalanları dəstəkləmək öhdəliyi götürür”, deyə prezidentin memorandumunda bildirilir.

ABŞ-da qanunlar və siyasət də daxil olmaqla, münaqişə ilə bağlı cinsi zorakılığa reaksiya verməyə və ona qarşı mübarizə aparmağa imkan verən çox sayda mexanizm var, amma əlavə tədbirlərə ehtiyac var, deyə Administrasiyanın yüksək vəzifəli məmuru Turan-ın sualına cavabda bildirib.

Yeni siyasət xarici subyektlərə qarşı sanksiyalar tətbiq etməyin tapşırılmasına yönəlib.

Gender zorakılığı qurbanlarını dəstəkləmək üçün ABŞ aşağıdakı öhdəlikləri götürüb:

– BMT Baş Katibi yanında münaqişə şəraitində cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəyə dəstəyi gücləndirmək;

– Vətəndaş cəmiyyətinin bu cinayətlərin araşdırılması və səndələşdirilməsi üzrə səylərinin artırılmasını dəstəkləmək;

– Fövqəladə hallar və münaqişə şəraitində gender zorakılığı qurbanlarına xidmət göstərmək və dəstək vermək;

– Gender zorakılığı qurbanları üçün ədalətli mühakimə, müdafiə və xidmətlərdən istifadə imkanlarını genişləndirmək.

ABŞ Administrasiyası bu tədbirləri Ukraynada qadınlara və qızlara qarşı cinsi zorakılığın geniş yayıldığı bir vaxtda qəbul edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button