HadisəManşet

Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərdən 3 nəfəri azyaşlıdır.

Bu barədə AzToday.az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır. İki uşaq isə itkin düşüb.

Bənzər yazılar

Back to top button