Hadisə

“Gəncə terrorunun təşkilatçısı bu üç şəxsdir” (ANALİTİK)

“Azərbaycanda döyüş və ya dinc şəraitdə qətlə yetirilən hər əsgər və mülki şəxsə görə Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır”.

AzToday.az xəbər verir ki, bunu analitik İlkin Həsənli Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində həyata keçirdiyi terror hadisəsinə münasibət bildirərkən deyib. O bildirib ki, hücumun daha bir təşkilatçısı Rusiyadır:

“Ermənistanı raket cənnətinə saldıran da Rusiyadır”.

Analitik hesab edir ki, Gəncə terrorunun təşkilatçısı üç şəxsdir:

“Bunların üçü də Gəncə terrorunda birbaşa əli olan, əmri verən və icra edən şəxslərdir. Onlardan biri 2-ci ordu korpusunun komandiri general-mayor Araik Arutyunyan, Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan, üçüncüsü isə Nikol Paşinyandır. Gəncəyə bundan öncəki hücumun da təşkilatçısı bunlar olub”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub. Onlardan 3 nəfəri azyaşlı, 4 nəfəri qadın, 6 nəfəri isə kişidir. Hadisə nəticəsində 48 nəfər ağır xəsarətlər alıb ki, onlardan 23-ü kişi, 20-si qadındır. Xəsarət alanların 5 nəfəri isə azyaşlıdır. İki uşaq isə itkin düşüb.

Bənzər yazılar

Back to top button