Hadisə

“EuroHome”dakı mağaza sahibləri aksiya keçirdi (FOTO)

İkinci dəfə yandıqdan sonra bağlanan “EuroHome” bazarının satıcları yenidən aksiya keçiriblər.

AzToday.az xəbər verir ki, bu barədə mağaza sahibləri məlumat verib.

Onların sözlərrinə görə, ilk yanğından sonra istintaqın yekunlaşmamaısna baxmayaraq, təmir işləri apararaq obyekt sahibi icarədarları aldadıb və mağazalara mal gətirməyə sövq edib.

“Dəymiş zərəri ödəmədən sahibkarların bir qismini aldadaraq, bir qismini də təhdidlə barışıq müqaviləsi yazmağa məcbur edib. Digər çox zərər dəymiş sahibkarlarla isə hələ də razılaşmayıb. Sahibkarlar bazarın işləməyəcəyi təqdirdə onlara dəymiş zərərin ödənilməsini tələb edirlər” deyə mağaza sahibləri bildirib.

Qeyd edək ki, bazar ikinci dəfə yandıqdan sonra fəaliyyəti dayandırılıb.

Bənzər yazılar

Back to top button