Hadisə

Cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb

“27 sentyabr tarixindən cəbhəboyu ərazilərdə baş verən hadisələrlə bağlı ANAMA-nın Operativ Qərargahı yaradılıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 600-dən çox çağırış daxil olub, 92 ədəd partlamamış, 200-dən çox partlamış mərmi və raket aşkar edilərək götürülüb: “Eyni zamanda, partlamamış kaset mərmilərə də rast gəlinib. Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kq ağ fosfor olan 122 mm-lik tüstülü mərmi aşkarlanaraq götürülüb. Bu günə qədər 11 ədəd “Elbrus” raketi aşkar olunaraq götürülüb”.

Bənzər yazılar

Back to top button