Hadisə

Erməni təxribatı nəticəsində Tərtərdə 118 ev tam dağıldı (RƏSMİ)

Sentyabrın 27-dən bu günə qədər Tərtər Rayonun 36 yaşayış məntəqələrinə 13 min 136 mərmi düşüb.

Bu barədə AzToday.az-a Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir. Hadisə nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikililər tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.

Bənzər yazılar

Back to top button