Dünya

NASA açıqladı: Günəş sistemində 9 planet ola bilər

NASA Günəş sistemində Yerdən 10 dəfə böyük 9-cu planetin ola biləcəyi barədə ciddi məlumatlar əldə etdiyini açıqlayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, uzaq kənarlardakı orbitləri elastikləşdirən və Günəş sisteminin bir yana əyilməsinə səbəb olan planet ola biləcəyi ehtimal edilir. Varlığı ehtimal edilən planetin dünyanın 10 qatı kütləyə sahib və Neptunun Günəşə uzaqlığının 20 qatı uzaqlıqda yerləşdiyi deyilir.

Planetin varlığına inanan alimlərə Kaliforniyada “Caltech”də işləyən astrofizik Konstantin Batiqin rəhbərlik edir. Araşdırmalar 5 fərqli istiqamətdə davam etdirilir.

Bənzər yazılar

Back to top button