GündəmSağlamlıq

Azərbaycan yoluxma kəskin azaldı – Ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4 521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış, 3 ölüm faktı qeydə alınmışdı.

Bənzər yazılar

Back to top button