Dünya

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı (FOTO)

Ukraynada Azərbaycan diasporasının bir qrup üzvü paytaxt Kiyevdə keçirilən etiraz mitinqinə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, mitinqdən çəkilən fotoları Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özünün feysbuk hesabında paylaşıb. Minlərlə paytaxt sakini ilə birgə Ali Radanın qarşısına toplaşan diaspora üzvləri “Birlikdə qələbəyə” şüarı ilə mitinqə və bu mitinqin təşkilatçılarından olan “Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, etirazçılar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Bənzər yazılar

Back to top button