Siyasət

Vüqar Bayramovun namizədliyi ilə bağlı Prezidentə şikayət edildi

84-cü saylı Füzuli seçki dairəsindən bir qrup deputatlığa namizəd prezident İlham Əliyevə müraciət edib. Müraciəti Yusif Ağayev, Bayram Hacıyev, İlqar Kazımov, Cavanşir Quliyev və Mübariz Sadıqlı imzalayıblar.

Onlar qeyd edirlər ki, növbədənkənar seçkilərin təyin edilməsi cəmiyyətdə yeni ümidlər doğurub. “Lakin namizəd olduğumuz dairədə icra hakimiyyəti seçki prosesinə kölgə salaraq bu ümidləri məhv edir və bu da seçicilərin məyus olmasına səbəb olur”.

Belə ki, Fizuli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri namizəd Vüqar Bayramovun xeyrinə seçkiqabağı kampaniyaya açıq şəkildə müdaxilə edirlər, onun “öncədən seçilmiş namizəd” olması barədə rəy formalaşdırırlar. Təşviqat stendlərində digər namizədlərin plakatları tez-tez yoxa çıxır.

V.Bayramov üçün görüşlər təşkil olunur, icra strukturları, səhiyyə, təhsil və digər dövlət müəssisələrinin işçiləri oraya çağırılır. Bu qanunsuzluqda iştirak etmək istəməyənlərə göstərilir.

Sumqayıt və Lökbatanda Fizuli rayonundan olan köçkünlərin kompakt yaşadığı yerlərdə keçirilən görüşlərdə başqa namizədə söz verilməyib, seçicilərə yalnız V.Bayramova suallar vermək tapşırılıb.

Məmurlar aztəminatlı ailələri hədələyirlər ki, V.Bayramova səs verməsələr, maaş almayacaqlar, müraciətdə deyilir.

Müraciət müəllifləri prezidentdən icra hakimiyyətinin və digər dövlət orqanlarının seçki prosesinə qanunsuz müdaxiləsinin dayandırılmasına yardım göstərməyi xahiş edirlər. (Turan İA)

Bənzər yazılar

Back to top button