DünyaSağlamlıq

İngilis mütəxəssis: Peyvənd dünyanı koronavirusdan qurtarmayacaq

İngilis mütəxəssislər koronavirusa qarşı peyvəndin ortaya çıxmasının dünyanı COVID-19-dan tamamilə qurtara biləcəyinə şübhə etdiklərini dilə gətirib.

Qaynarinfo xəbər verir ki, bu haqda Sky News TV kanalının verdiyi məlumatda deyilir.

Bu fikir Böyük Britaniya Parlamentinin komitəsində Dumanlı Albion hökumətinin baş elmi müşaviri Patrik Vallans çıxışında səsləndirib.

“Koronavirusu tamamilə dayandıracaq sterilizasiya vaksinin mövcud olması az inandırıcıdır… Peyvəndin 2021-ci ilin yazına qədər hər cür geniş yayılmış ictimai istifadə üçün mövcud olacağı da şübhəlidir… İdarəetmə qabiliyyəti yaxşılaşdıqca COVID-19 mövsümi qripə bənzəməyə başlayacaq”, – Vallans deyib.

O, həmçinin koronavirusun dövriyyəyə girəcəyini və endemik olacağını düşündüyünü bildirrib.

Bənzər yazılar

Back to top button