Erməni təxribatları: 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb (RƏSMİ)

by Aztoday Xəbər Portalı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 941-dir.

Bənzər Yazılar