DünyaSağlamlıq

ABŞ-da Rusiyanın göndərdiyi süni tənəffüs aparatlarını zibilliyə atdı

ABŞ Rusiyanın humanitar yardım çərçivəsində bağışladığı süni tənəffüs aparatı cihazlarından (STA) istifadə etməyib.

Qaynarinfo BuzzFeed News portalının məlumatına istinadla xəbər verir ki, ABŞ Federal Fövqəladə İdarəetmə Agentliyi fövqəladə vəziyyət təhlükəsi səbəbindən Rusiyadan gələn 45 ədəd Aventa-M cihazını məhv edib.

Qeyd olunur ki, Rusiya və ABŞ elektrik şəbəkələrinin gərginliyindəki fərq səbəbindən cihazları birləşdirmək üçün xüsusi adapterlər tələb olunub.

Bundan əlavə, Rusiya xəstəxanalarında bu cür cihazların alovlanması nəticəsində baş verən bir neçə yanğın Vaşinqtonu narahat edib.

Cihazlar “təhlükəli tullantıların atılması üçün bütün qaydalara” və ətraf mühitin qorunmasına dair tövsiyələrə uyğun olaraq məhv edilib.

Bənzər yazılar

Back to top button