Xəbərlər

Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsorlarından biri ölüb

Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan olan erməni biznesmen Levon Ayrapetyan ölüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə onun ailəsindən bildirilib.

68 yaşında ölən L. Ayrapetyan Moskvada dəfn olunacaq.

Qeyd edək ki, o, 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinərək 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Erməni iş adamı “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.

Xəstəliyi ilə əlaqədar sonradan məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunurdu.

Bənzər yazılar

Back to top button