Siyasət

Paşinyan indi də İranı oyuna çəkir

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-dən başlayaraq Qarabağda alovlanan müharibənin miqyasını böyütmək çabalarını davam etdirir.

AzToday.az YenSabah-a istinadən xəbər verir ki, əvvəlcə Türkiyə ilə Rusiyanı üz-üzə qoymağa çalışan, bu məqsədlə guya Ankaranın Qarabağda situasiyanı gərginləşdirməklə Cənubi Qafqaz regionunda təsir imkanlarını artırmaq, daha sonra Şimali Qafqazı nəzarətə götürməklə Moskvanın bölgəyə nəzarətini sıfıra endirmək niyyətində olduğunu iddia edən Paşinyan məqsədinə çatmadığını görüb İranı oyuna çəkməyə çalışır.

Bir neçə gün öncə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yaymışdı ki, döyüş meydanında qalan cəsədlər yoluxucu xəstəliklərə səbəb ola bilər. Nazirliyin iddiasına görə, xətəliklərin Araz çayı vasitəsilə İran ərazisinə yayılması təhlükəsi var. Bu açıqlama təsadüfi verilməmişdi. İrəvan əslində bununla İranı təhdid edirdi. Məqsəd isə təbii ki, Tehranın proseslərə müdaxiləsinə nail olmaq idi. Ermənistan mediasında İran əleyhinə dərc edilən materiallar da göstərir ki, İrəvan Tehranın susqunluğundan narazıdır. Ona görə də hər vəchlə İranı münaqişəyə cəlb etməyə çalışır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ardınca Paşinyan “İran” qəzetinə müsahibəsində iddia edib ki, Qarabağda Azərbaycan tərəfdən terroçu qruplar döyüşür və region ölkələri bundan narahat olmalıdır.

Terrorçu qrupların Azərbaycan tərəfdən döyüşdüyünü sübut edən hər hansı fakt yoxdur. Erməni tərəfi yeni eskalasiya başlayandan bu barədə iddialar səsləndirsə də, ortaya heç bir fakt qoymayıb. Ona görə də dünya artıq bu iddiaları qəbul etmir.

Qarabağda həqiqətən də terrorçu qruplar döyüşür. Amma həmin qruplar ermənilər tərəfindən savaşa cəlb olunublar. Hələ bölgədə müharibə alovlanmamışdan əvvəl Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara Yaxın Şərqdən muzdlu döyüşçülər və terrorçu qrupların yerləşdirilməsi barədə məlumat yayılmışdı. Ermənistan tərəfi bu məlumatları təkzib belə etmirdi. Digər tərəfdən, terroçu PKK təşkilatının döyüşçülərinin də Qarabağa gətirildiyi barədə faktlar var. Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində xeyli sayda fotolar paylaşılıb.

Ehtimal etmək olar ki, region dövlətlərinin xüsusilə İranın “qayğısına qalan” İrəvan bu dəfə elə həmin ölkələrin ərazilərində terror aktları planlaşdırır. Erməni tərəfi sonradan təbii ki, gözlənilən terror aktının Azərbaycanın ayağına yazacaq və bununla da Bakının region ölkələri üçün təhlükə olması barədə rəy yaratmağa, nəhayət, İran və Rusiyanın münaqişəyə müdaxilə etməsinə çalışacaq.

Paşinyanın “İran” qəzetinə məlum açıqlaması isə sadəcə qabaqdangəlmişlik hesab edilə bilər.

Bənzər yazılar

Back to top button