Siyasət

Pakistan səfiri: Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir

Pakistanla Azərbaycan arasında dərin əlaqələr var.

AzToday.az xəbər verir ki, bunu Pakistanın Bakıdakı səfiri Bilal Haye deyib.

O bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın yanında olub və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir.

Səfir vurğulayıb ki, Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir.

Diplomat bir sıra vacib şəhərlərin işğaldan azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamələrin qəbulunda Pakistan Azərbaycana mühüm dəstək verib.

Bənzər yazılar

Back to top button