Dünya

Paşinyan peşman olub: İki nəfərə Milli Qəhrəman vermişdi…

“Qarabağın cənubunda hərbi əməliyyatlar keçirilir, vəziyyət ağırdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da canlı yayımda etiraf edib. Bununla Xudafərinə əks-hücumunun (buna görə iki generala qəhrəman adı vermişdi) uğursuz olduğunu bildirib.

AzToday.az Yeni Sabah-a istinadən bildirir ki, o deyib: “Bu gün biz tariximizin qəhrəmanlıq epizodunu təkrarlamalıyıq, çünki 1990-cı illərdə birinci Qarabağ müharibəsi zamanı vəziyyət xeyli ümidsiz idi, heç bir çıxış yolu yox idi. Ancaq xalqımız öz həll yolunu tapdı, məsuliyyəti öz üzərinə götürən adamlar oldu və bu gün də belə adamlar var, onların yanında durmaq lazımdır”.

“Ermənistanın gələcəyi hər kəsdən asılıdır. Sən fəaliyyət göstərməlisən, indi fəaliyyət zamanıdır”, – o bildirib, Qarabağdan olan tələbə və biznesmenləri dərhal Qarabağa getməyə və könüllü orduya yazılmağa çağırıb.

“Biz geri çəkilməyəcəyik, sınmayacağıq, bizi məğlub etmək mümkün deyil və biz qalib gələcəyik”, – Paşinyan müraciətini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button