DünyaSiyasət

Kanadada Ermənistana sanksiya tətbiq etmək üçün petisiya başladıldı

Kanadada yaşayan azərbaycanlılar Kanada hökumətini Ermənistana sanksiya tətbiq edilməsinə çağırmaq üçün petisiya başladıb.

Qaynarinfo xəbər verir ki, mərkəzi Torontoda yerləşən Azərbaycan Kanada Mədəniyyət Mərkəzinin change.org saytında başlatdığı kampaniyada Ermənistanın mülki yaşayış məntəqələrini bombalayaraq müharibə və insanlığa qarşı cinayətlər törətdiyi bildirilir.

Azərbaycan Kanada Mədəniyyət Mərkəzinin Kommunikasiya Koordinatoru Anar Cahangirli AA-ya deyib ki, bu günə qədər imza kampaniyasında təxminən 2 min nəfər iştirak edib. Kampaniyaya türklərdən başqa kanadalılar da dəstək verir.

Cahangirli həmçinin Toronto Bələdiyyə Başçısı Con Toridən Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə bağlı açıqlamasına görə üzr istəməyi tələb edib.

“Hər 10 azərbaycanlıdan biri Qarabağ müharibəsinin qurbanıdır. Torontoda yaşayan minlərlə azərbaycanlı bələdiyyə sədrinin birtərəfli açıqlamasından çox sarsılıb. Toridən dərhal üzr istəməsini və bütün Toronto sakinlərinə eyni şəkildə hörmətlə yanaşmasını tələb edirik”, – Torinin birtərəfli münasibətindən narahat olduqlarını söyləyən Cahangirli bildirib.

Bənzər yazılar

Back to top button