Hadisə

“Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb” – Hikmət Hacıyev

“Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır”.

AzToday.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Bu faktın bir nümunəsi olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 “Smerch” raketinin atılması və yaşayış evinin həyətinə düşməsini qeyd etmək olar”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.

Belə ki, düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 “Smerç” raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.

Bənzər yazılar

Back to top button