Siyasət

Ermənilər 30 ildə Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurub? (Millət vəkili)

“30 ildə Azərbaycan iqtisadiyyatına milyardlarla ziyan dəyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi ilə əlaqədar məsələ gündəmdədir:

“Həmin ərazilər 30 il müddətində işğal altında olub. 30 ildə Azərbaycana kifayət qədər ziyan dəyib. Həm təbii sərvətlərindən istifadə ediblər, həm də faktiki olaraq Azərbaycan iqtisadiyyatı həmin zonada işləməyib. Burada 200 milyarddan yuxarı vəsaitdən söhbət gedir. Hazırda bununla əlaqədar olaraq müəyyən işlər aparılır, əlimizdə müəyyən sənədlər də var. Hadisələrlə əlaqədar Ermənistanın Azərbaycana vurduğu ziyanla əlaqədar Respublika Prokurorluğunda cinayət işi qaldırılıb. Hər bir hadisə, söküntü-dağıntı ilə əlaqədar olaraq cinayət işi açılır”.

Vahid Əhmədov qeyd edib ki, müharibə başa çatıb, ərazi bütövlüyümüz bərpa olunandan sonra bu məsələ mübahisə predmeti olacaq:

“Yəqin ki, həmin işlər beynəlxalq məhkəmələrə təqdim olunacaq. Həmin məhkəmələrdə bizim hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edərək, bu prosesi müdafiə edəcəklər. Burada milyardlarla vəsaitdən söhbət gedir. Onlar 30 ildən çoxdur bizim torpaqları istismar edib. Bundan əlavə, torpaqlarımızdan, təbii sərvətlərimizdən istifadə ediblər. Bir ay ərzində də ölkəyə cox ciddi, mülki əhaliyə ziyanlar vurublar, obyektlər dağıdılıb. Burada böyük rəqəmdən, məbləğdən söhbət gedir. Bunlar hamısı hesablanacaq”.

Bənzər yazılar

Back to top button