Siyasət

AŞPA Ermənistan tərəfin Laçın dəhlizi ilə bağlı mövqeyini dəstəkləyib

İyunun 22-də “Laçın dəhlizindən sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi” mövzusunda keçirilən təcili debat başa çatdıqdan sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra baş vermiş, kuliminasiya nöqtəsi 12 dekabr 2022-ci il tarixində Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin dayandırılması və sonradan regiona elektrik enerjisi və qaz verilməsinin qəsdən dayandırılması olan hadisələrlə bağlı dərin narahatlığını ifadə edib”.

Azərbaycanın öz ərazisində və sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qayğısını tam qəbul edən “Assambleyanı ölkə rəhbərliyinin hazırki vəziyyətdən irəli gələn ciddi humanitar nəticələri və insan hüquqları üçün nəticələri dərk etməməsi faktı məyus edir”.

Pol Qevan (İrlandiya) tərəfindən hazırlanmış məruzə əsasında qətnamə qəbul edən Assambleya qeyd edib ki, Azərbaycan “beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində yaşayan hər kəsin qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır”. Beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizindəki vəziyyətə və onun insan hüquqları və humanitar məsələlər üçün nəticələrinə cəlb etmək “bu məsuliyyətin xatırladılması üçün vacibdir”.

“Laçın dəhlizi” vasitəsilə sərbəst və təhlükəsiz hərəkətin olmamasının “daha geniş problemin bir hissəsi” olduğunu etiraf edən Assambleya “sadəcə humanitar reaksiyanın kifayət etmədiyindən və siyasi həllə ehtiyac olduğundan” əminliyini ifadə edib. O, israrla Bakı və Xankəndi/stepanakert arasında dialoq və istənilən sülhün həyata keçirilməsi mexanizmində bitərəf beynəlxalq iştirak vasitəsilə Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etməyə çağırıb.

Qeyd edək ki, Beynəlxalq Məhkəmə Azərbaycanın üzərinə təcili olaraq “Laçın dəhlizindən insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmin edilməsi üçün öz sərəncamında olan bütün tədbirləri görmək” öhdəliyi qoyduğunu qeyd edən Assambleya Azərbaycanı gecikmədən bu sərəncamı yerinə yetirməyə çağırıb.

Assambleya hesab edir ki, Ermənistan da gərginliyin azaldılmasında öz rolunu oynamalıdır və Azərbaycanın Dağlıq Qarabağa qanunsuz silah daşınması haqqında iddialarının doğruluğunun qiymətləndirilməsi məqsədilə bu və ya digər beynəlxalq müşahidə forması üçün açıq olmalıdır.

Assambleya Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində ermənilərlə bağlı istifadə olunan “nifrət və hədə ritorikasından” həddindən artıq narahatdır və Azərbaycanı bundan imtina etməyə və nifrət nitqi ilə mübarizə üçün tədbirlər görməyə çağırıb.

“Həmçinin Ermənistanda ayrı-ayrı şəxslərin ədavət saldığının məlum olduğunu bildirib”, deyə qətnamədə qeyd edilib.

AŞPA Ermənistan rəhbərliyini də “belə ədavət salan ifadələri pisləməyə”, hakimiyyəti isə bu ifadələrə görə müvafiq cəza tədbirləri görməyə çağırıb.

Assambleya Azərbaycanı Avropa Şurasının nümayəndə heyətini vəziyyəti yerində dəyərləndirmək üçün faktların müəyyən edilməsi üzrə missiya ilə “Laçın dəhlizinə” və Dağlıq Qarabağa dəvət etməyə çağırıb.

Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını alqışlayan və bunu artıq hər iki tərəfdən çox sayda ölümə və faciəyə gətirib çıxaran münaqişənin başa çatması üçün ilk addımlar kimi qiymətləndirən Assambleya xatırladıb ki, 30 ildən çoxdur Ermənistan və Azərbaycan münaqişə vəziyyətində idi və hər iki tərəf 2001-ci ilin yanvar ayında Avropa Şurasına daxil olduqdan sonra münaqişəni dinc vasitələrlə həll etmək öhdəliyi götürüblər.

48 parlamentari qətnamənin lehinə, 16 nəfər əleyhinə səs verib, 3 nəfər səs verməkdən yayınıb, bir halda ki, AŞPA üzvlərinin ümumi sayı 306 nəfər əsas, 306 nəfər “əvəzləyici” olmaqla, 612 nəfər təşkil edir. (Turan)

Bənzər yazılar

Back to top button