Siyasət

Ərdoğan: “Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar”

“Bu səhər İlham Əliyev ilə telefonla danışdım. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edirlər. Geri almağa başlayıblar”.

AzToday.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik” deyə Ərdoğan bildirib.

Bənzər yazılar

Back to top button