Hadisə

Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq

Çox sevinirik ki, yurdumuza qayıdırıq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Natiq Qasımov deyib.

“Füzuli rayonunda anadan olmuşam. Otuz bir il bundan əvvəl Füzulini tərk etməyə məcbur olduq. Məcburi köçkünlük həyatımız başladı. Bu illər ərzində çox əziyyətlər çəkdik. Füzulini ailəmizin 4 üzvü – bacım, qardaşlarımla tərk etmişdik. Hərəmiz bir yerdə məskunlaşmışdıq”.

“Çox sevinirik ki, geri qayıdırıq. Füzulidə yeni həyatımızı quracağıq. Altmış iki yaşım var. Orada peşəmə uyğun işləyəcəyəm”, – N.Qasımov deyib.

“Bu günümüzə şükür olsun. Allah Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya can sağlığı versin! Çox sağ olsunlar ki, bizə yurdumuza qayıdış imkanları yaratdılar”, – keçmiş məcburi köçkün əlavə edib.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə – 138 nəfər köçürülüb.

Bənzər yazılar

Back to top button