Siyasət

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən “Human Rights Watch” təşkilatının açıqlamasını yayıb.

Qaynarinfo xəbər verir ki, təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edib.

Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerikanın səsi” radiostansiyası isə saxta məlumatı yaymaqla kifayətlənməyərək həmin məlumatı Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosu ilə paylaşıb.

Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı daha sonra, ümumiyyətlə, həmin xəbəri və fotonu öz rəsmi feysbuk hesabından çıxarıb.

Bənzər yazılar

Back to top button