Siyasət

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir (ViDEO)

Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində Azərbaycana qarşı azyaşlının döyüşdüyünü əks etdirən görüntülər yayılıb.

AzToday.az Yenisabah-a istinadən xəbər verir ki, videoda azyaşlı uşağın əsgər formasında Ordumuza qarşı istifadə olunduğu görülür.

Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları – BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını – açıq şəkildə pozur.

Qeyd edək ki, Ermənistan KİV-lərdə ordunun, həmçinin, ərzaq, hərbi geyim, tibbi ləvazimatlar və s. təchizat növlərindən korluq çəkməsi ilə bağlı kifayət qədər materiallar dərc edilməkdədir.

Bənzər yazılar

Back to top button