Tanınmış jurnalist əməliyyat olunub

Print Friendly, PDF & Email

Sağlıq durumunda yaranan problem üzündən Türkiyəyə gedən tanınmış jurnalist, “Ədalət” qəzetinin baş redaktor müavini, Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadə əməliyyat olunub.

Modern.az-ın məlumatına görə, stanbuldakı Medipol klinikasının həkimləri azərbaycanlı jurnalistin beynindəki şişi götürüblər. Bir neçə saat davam edən əməliyyat uğurla keçib. Bu barədə Məzahir Əhmədzadənin yaxınları məlumat verib.

Jurnalist bir neçə il öncə Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Məzahir Əhmədzadə “Uembli arayışı” və “”Metamorfoz” kitablarının müəllifidir.