Dünya

Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı

Qarabağda könüllü döyüşməyə gələn erməni müğənni Artur Xaçents fərarilik edib.

Bu barədə hayeli.am saytı məlumat yayıb. Bildirilib ki, cəmi 10 gün əvvəl döyüşlərə qatılan “milli ulduz” müsabiqəsinin qalibi döyüşməkdən imtina edərək İrəvana dönüb.

Artur Xaçents cəbhədə ermənilərin vəziyyətinin ağır olduğunu, şiddətli döyüşlərin bir gün belə səngimədiyini dilə gətirib.

Müğənninin bu hərəkəti sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. “Qorxaq”, “silahını atıb qaçan”, “qorxurdun, niyə gedirdin?” kimi tənqidlərə hədəf olub.//Modern.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button