Mədəniyyət

“Harada erməni varsa, gedib orda konsert verəcəm“ – Alim Qasımov

Xalq artisti Alim Qasımov Azərbaycanın işğaldan azad olunmuş əraziləri barədə danışıb. Xanəndə bundan sonra Azərbaycan xalqının alnıaçıq gəzəcəyini qeyd edib.

AzToday.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər” telekanalında yayımlanan “Birinci studiya” proqramında qonaq olarkən danışıb:

“Sevinirəm ki, döyülmüş, qovulmuş, söyülmüş yox, bir insan kimi özümüzü təqdim etdik. Artıq gizlənib yaşamayacağıq, üzüaçıq yaşayacağıq. Tədbirlərdə mənfur qonşuların musiqiçiləri ilə çıxış edirdik, bəzən razılıq vermirdik. Hər zaman dedi-qodulardan qaçırdım”.

Sənətçi bundan sonra düşmənin olduğu bütün festivallarda iştirak edəcəyini açıqlayıb:

“Bu yaxınlarda Özbəkistanda məni bir festivala münsif seçdilər. Orada düşmənin də olacağını eşitdim. Qorxdum ki, deyəcəklər “düşmənlə yanyana oturdu”. Buna görə imtina etdim. Başqa yerdə də erməni olanda getmirdik. İndi qorxmaq yox, mübarizəyə girişmək lazımdır. Harada erməni varsa, gedib orada konsert verəcəm, mədəniyyətimin üstünlüyü bilinsin. Qorxmamalıyıq, mənəviyyatımızı, idmanımızı qorumalıyıq. Əksinə, bundan sonra deyəcəm ki, orada erməni varsa gəlirəm”.

Bənzər yazılar

Back to top button