İdman

“Real” “Şaxtyor”un futbolçusunu bu qiymətə alır – MƏBLƏĞ

Müqaviləsi “Şaxtyor”a məxsus olan, lakin 2022-ci ilin aprelindən “Real Madrid”ə icarəyə verilən 19 yaşlı sağ müdafiəçi Vinisius Tobias “kral klubu”nun tam hüquqlu oyunçusu olacaq.

Fanat.az xəbər verir ki, məlumatı “Eldesmarque” yayıb.

Mənbənin məlumatına görə, Madrid nəhəngi əvəzedici komandası “Kastilya”ya göndərdiyi Tobiasın müqaviləsindəki 10 milyon avroya almaq bəndini aktivləşdirməyə qərar verib.

Madrid klubu müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatacaq 32 yaşlı Lukas Vaskeslə əməkdaşlığı davam etdirməyi planlaşdırmır. Belədə veteranın yerinə “blankoslar” ikinci komandadan məhz Tobiası əsas komandaya götürmək niyyətindədir.

Braziliyalı əsas komandanın oyunçusu kimi özünə yer tuta bilməsə, o zaman “Real” Tobiası La Liqa və ya ölkə xaricindən olan klublara icarəyə verəcək.

Vinisius Tobias cari mövsümdə “Kastilya”nın heyətində 6 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button