Dünya

Putin separatçı “prezident” ilə görüşməkdən imtina etdi

Prezident Vladimir Putinin iş cədvəlinə bir gün əvvəl Moskvaya işgüzar səfərə yola düşmüş abxaz həmkarı Aslan Bjania ilə görüş daxil deyil.

Qaynarinfo xəbər verir ki, bu haqda Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Eyni zamanda, Peskov qeyd edib ki, dövlət başçıları səviyyəsində danışıqların olmaması digər səviyyələrdə “işgüzar təmasların olmaması demək deyil”.

Qeyd edək ki, Abxaziya və ya qondarma adı ilə Abxaziya Respublikası Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlətdir.

Bənzər yazılar

Back to top button