Holland nazir Kəmaləddin Heydərovu avtomobilindən qovubmuş (TƏFSİLAT)

Print Friendly, PDF & Email

Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi Nahid Cəfərov Azərbaycanın qüdrətli məmurlardan biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı maraqlı məlumat yayıb.

Aztoday.az xəbər verir ki, sabiq diplomatın paylaşdığı məlumatda Kəmaləddin Heydərovun Hollandiyada Azərbaycanda olduğu kimi davranışlarının holland nazirə xoş gəlmədiyi öz əksini tapıb.

“Kəmaləddin Heydərov Hollandiyaya gəlir və Hollandiyanın naziri ilə görüşür. Daha sonra nazir Kəmaləddin Heydərovla su kanallarının idarə məntəqəsinə gedir. Bu anda Kəmaləddin nazirin maşınına oturur, mən və səfir də arxadan maşınla bunları müşayət edirik. Yolun ortasında qabaqda gedən maşın dayanır və Kəmaləddin Heydərov maşından düşür. Heydərov maşından düşən kimi nazirin maşını yerdən tərpənir və arxadan gələn bizim maşın dayanır və Heydərov maşına oturur. Maşından düşməsinin səbəbini soruşduq. Dedi, “siqaret çəkmək istədim, nazir məni maşından düşürtdü. Dedi ki, siqaret çəkərsənsə düş maşından. Mən də düşdüm”.

AzToday.az