Tramp: Rusiya ABŞ-ın hərbi gücünə həsəd aparır

by Aztoday Xəbər Portalı

Rusiya və Çin ABŞ-ın hərbi gücünə həsəd aparır.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsindəki tərəfdarları ilə görüşündə deyib. O, bununla belə, dövlətlərin əsla nüvə silahından istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.

Trampa görə, ABŞ dünyanın ən yaxşı silahlı qüvvələrinə sahibdir və nüvə silahları ən yaxşı formadadır.

Bundan əlavə, Amerika lideri yenidən seçiləcəyi təqdirdə ABŞ-ı dünyanın əsas istehsalçısı edəcəyinə və Çindən asılılığa son qoyacağına söz verib.

Xatırladaq ki, daha əvvəl Tramp ABŞ ordusunun ÇXR və Rusiya Federasiyası liderlərinin həsəd apardıqları super hipersəsli raketə sahib olduğunu söyləmişdi.

Bənzər Yazılar