Düşmənin gün ərzində məhv edilən texnikaları nəyə qadir idi? (FOTO)

by Aztoday Xəbər Portalı

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” Zenit Raket Kompleksi (ZRK), 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

AzToday.az Yenisabah-a istinadən məhv edilən düşmən texnikasının bir qisminin xüsusiyyətlərini və fotolarını təqdim edir.

“Osa” ZRK – (9К33 Osa – NATO təsnifatına görə: SA-8 Gecko) özüyeriyən zenit raket kompleksidir. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. “Osa” sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər 12 km məsafə qət edə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü 25 m təşkil edir. Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20–25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur. Bu sistem bir dəfəyə hədəfə iki raket buraxıla bilər. Ekipajı 5 nəfərdən ibarətdir. Bu döyüş texnikası aksimum sürəti 80 km/saat, suda üzərkən 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.

— Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. “Katyuşa” sisteminin bazasında yaradılmış bu sistem “Ural-375” və ya “Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. “Qrad-1” (9K55) sistemi 9P138 əsasında mövcud olan “Qrad”-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Ekipajı 3 nəfərdən ibarətdir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün “Vivariy” kompleksi tətbiq edilir. Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər.

122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan topdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir.

D-20 — Sovet istehsalı olan 152 mm-lik yedəklənən haubitsa topudur. İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulub. Maksimal atəş məsafəsi 24000 metrdir.

Yedəkdə daşınan 85 mm D-44 divizion topu sovet istehsalıdır, ekipaj 8 nəfərdir. Maksimal atəş məsafəsi 15.82 km-dir.

2A36 Giasint B — sovet istehsalı olan 152 mm-lik yedəklənən topdur. 2A36 topu iri kalibrli artilleriya silahı olub, düşmənin canlı qüvvəsini, atəş nöqtələrini və hərbi texnikalarının məhv edilməsi üçün istifadə edilir. Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər). Hal-hazırda bir çox ölkələrin, əsasən də keçmiş sovet ölkələrinin ordularında mövcuddur. 152 millimetrlik 2A36 “Giasint B” yedəklənən topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib. Maksimal atəş məsafəsi 40.000 m-dir. Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər). Hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur.

120 mm minaatan piyada bölmələri tərəfindən istifadə edilən, yuxarı bucaq qrupu ilə atəş aça bilən, lülə ağzından əl ilə bir-bir doldurulan, bəzi modellərində mərmi lülənin altındakı iynəyə dəydiyi anda avtomatik atəş açan (81 mm. UT-1, 81 mm. M-1, 106 mm. orta minaatan və 60 mm Komd. minaatanı kimi) və bəzi modellərində top və haubitsalardakı sistemə bənzər bir atış kəndirinin çəkilməsi ilə atış edilən piyada bölmələrinin (120 mm. tosam hy-12 minaatanı kimi) atəş dəstəyi silahıdır. Minaatanın təsirli və ya effektiv bir mənzili yoxdur. Bu parametrlər atdıqları mərmiyə görə dəyişir. Minaatanların əsas döyüş sursatları məhv etmə, işıqlandırma, duman və təlim mərmiləridir.

Bənzər Yazılar